Şəmkirdə maşın dərəyə aşdı

29 Oktyabr 2026 09:56

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)