Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var

29 Oktyabr 2026 10:00

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani müalicəsini davam etdirdiyi xəstəxanadan evə buraxılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı mütəxəssisin səhhətinin qəfil pisləşməsinə səbəb meningeal sindrom olub. Bu vəziyyət beyin qişalarının qıcıqlanması ilə xarakterizə olunur.

Son məlumatlara əsasən, Kompaninin vəziyyətində yaxşılaşma müşahidə edilib və o, artıq tibb müəssisəsini tərk edib. Halbuki əvvəlcə baş məşqçinin xəstəxanada bir neçə gün qalacağı gözlənilirdi.

Xatırladaq ki, ötən həftə Kompani klubun məşq bazasında huşunu itirib. Bundan sonra o, helikopterlə xəstəxanaya çatdırılıb. Məlumata görə, mütəxəssis bundan əvvəl virus infeksiyasına yoluxsa da, işini davam etdirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)