Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)

29 Oktyabr 2026 13:51

Dubaylı iş adamının həyat yoldaşına etdiyi bahalı hədiyyə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, qız övladı dünyaya gətirən həyat yoldaşını sevindirmək istəyən iş adamı ona 400 min dollar dəyərində "Mercedes G-Wagon" markalı avtomobil hədiyyə edib.

Bu hədiyyə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bahalı avtomobilin doğuşdan sonra həyat yoldaşına bağışlanması istifadəçilərin diqqətini çəkib və müxtəlif fikirlərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)