Türkiyənin məşhur "Hayat Bilgisi" serialındakı "Barbie Gamze" obrazı ilə tanınan İpek Erdem uzun illərdən sonra yenidən ekranlara qayıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu yaxınlarda tamamilə yeni bir görünüşlə kameralar qarşısına çıxıb.
Bir müddət Fransada aktrisalıq təhsili alan İpek Erdem baş rollarını Oktay Kaynarca və Fahriye Evcenin canlandıracağı "Hamal" serialının heyətinə qoşulub.
İpek Erdem rol üçün 10 il ərzində ilk dəfə olaraq xarici görünüşünü dəyişərək sarı saçları ilə vidalaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)