"France Football" nəşri tərəfindən "Qızıl Top" mükafatları üzrə daha bir qalib açıqlanıb.
Milli.Az xəbər verir ki, portuqaliyalı ulduz Kriştiano Ronaldo 2008-ci ildə qazandığı "Qızıl top" mükafatına görə "B.O.A.T" - bütün zamanların ən yaxşı "Qızıl top" qalibi adına layiq görülüb.
Bu mükafat səsvermə yolu ilə azarkeşlər tərəfindən seçilib.
Siyahıda portuqaliyalı ulduzun 2008-ci ildə qazandığı "Qızıl top" birinci, Lionel Messinin 2012-ci il mükafatı ikinci, Ronaldonun 2017-ci il mükafatı üçüncü, Messinin 2023-cü il mükafatı dördüncü, Ronaldonun 2016-cı il mükafatı isə beşinci yerdə qərarlaşıb. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)