Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)

28 Oktyabr 2026 21:50

Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılması ilə bağlı məlumat yayılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)