Pərviz Abubəkirov işdən çıxarıldı

28 Oktyabr 2026 20:10

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)