Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı

28 Oktyabr 2026 18:10

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Milli.Az-a verilən xəbərə görə, hadisə Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)