Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"

29 Oktyabr 2026 13:34

Müğənni Bahar Lətifqızı evində aparılan təmir işləri zamanı ciddi maddi itki ilə üzləşdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" verilişində danışıb. O, təmir prosesi zamanı 18 min manat ziyana düşdüyünü bildirib.

Bahar Lətifqızı 200 kvadratmetrdən böyük olan evində döşəmə sisteminin tamamilə yeniləndiyini qeyd edib. Müğənni artıq təmir işlərinin başa çatdığını və buna görə şükür etdiyini söyləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)