"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu

28 Oktyabr 2026 17:30

İsmayıl Kartalın istefasından sonra "Fənərbağça" yeni baş məşqçi təyin olunana qədər köməkçi məşqçi Dirk Kuytun vəzifəni icra edəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, açıqlamada deyilir: "İsmail Kartalın istefasından sonra klubumuz yeni baş məşqçimiz müəyyən olunana qədər Dirk Kuytu futbol A komandamızın texniki direktoru təyin etdi".

Xatırladaq ki, "Fənərbağça" dünən axşam baş məşqçi İsmayıl Kartalla yollarını ayırdığını açıqlayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)