Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı

28 Oktyabr 2026 14:33

Gələn il yeni Qarabağ suvarma kanalının tikintisinə başlanılacaq.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.

O bildirib ki, su təsərrüfatı sahəsində həyata keçirilən digər layihələrdən biri də Qarabağ suvarma kanalıdır:

"Kanalın layihə sənədləri hazırlanıb və tikintisinə gələn il başlanılması hədəflənir.
Layihəyə əsasən, Qarabağ suvarma kanalının suötürmə qabiliyyətinin saniyədə 113 kubmetrdən 135 kubmetrədək artırılması nəzərdə tutulur. Eyni zamanda, suvarılan ərazilərin sahəsinin 115 min hektardan 166 min hektaradək genişləndirilməsi planlaşdırılır".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)