İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb.
Son məlumata görə, qəza nəticəsində xəsarət alanların sayı 179 nəfər olub.
___________
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Hadisənin ilkin mərhələsində 10 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayının 46 -a çatdığı qeyd olunub.
Qatarlardan birinin iki vaqonu relsdən çıxaraq aşıb və dəmir yolu xəttindən kənara düşüb. Hadisə şahidləri çox sayda insanın xəsarət aldığını bildiriblər. Əraziyə tibb işçiləri cəlb olunublar.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)