27 oktyabr tarixində Meksika Senatında 2026-cı il üzrə Dünya Şəhərləri Hesabatının ispan dilində təqdimatına həsr olunmuş tədbir keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə çıxışı zamanı BMT Baş katibinin müavini, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda təşkilini yüksək qiymətləndirib.

Tədbirdə Bakıda baş tutmuş çoxtərəfli və səmərəli dialoqun növbəti ev sahibləri tərəfindən davam etdirilməsinin vacibliyi də vurğulanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)