"Aşk-ı Memnu" serialında Bülent obrazını canlandıraraq tanınan türkiyəli aktyor Batuhan Karacakaya peşə həyatında dəyişiklik edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi aktyorluq fəaliyyətindən uzaqlaşaraq memarlıq sahəsində işləməyə başlayıb.
2020-ci ildə memarlıq fakültəsini başa vuran Karacakaya hazırda atasına məxsus şirkətdə çalışır. O, Birol Karacakayanın rəhbərlik etdiyi şirkətdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Batuhan Karacakaya "Aşk-ı Memnu" ilə yanaşı, "Diriliş Ertuğrul" və "Umutsuz Ev Kadınları" seriallarında da rol alıb. Aktyor, həmçinin bir neçə dəfə "Survivor" yarışmasının iştirakçısı olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)