Türkiyə Superliqasında "Qalatasaray"la "Fənərbağça" arasında keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra yaşanan insidentin nəticələri futbolçular üçün ciddi ola bilər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qarşılaşmadan sonra baş verən davaya görə hər iki klubun oyunçusu ilə bağlı tədbir görməyə hazırlaşır.
Belə ki, "Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakçı və "Fənərbağça"nın futbolçusu Arçi Braun intizam qaydalarının hücumla bağlı 44-cü maddəsi əsasında cəzalandırıla bilərlər.
Gözlənilən qərarın futbolçuların hər ikisinə hansı sanksiyaların tətbiq ediləcəyi baxımından əhəmiyyətli olacağı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)