Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silvaya məğlub olan Flavio Bolsonaro həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-a yollanıb.
Milli.Az xəbər verir ki, Bolsonaro seçkilərin nəticələrini rəsmi olaraq qəbul etməzdən əvvəl ölkəni tərk edib.
Məlumata görə, Braziliya Ali Məhkəməsi çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində Bolsonaroya pasportlarını təhvil verməsi üçün 24 saat vaxt verib. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onun pasportları ləğv edilib.
Braziliya Federal Polisi isə pasportları ləğv edilən Bolsonaronun ölkəni rəsmi sərhəd-keçid məntəqələrindən tərk etməsi ilə bağlı heç bir qeydin olmadığını bildirib.
Onun ölkəni necə tərk etdiyi hələlik məlum deyil. ABŞ Prezidenti Donald Trampın isə Bolsonaroya dəstək verdiyi bildirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)