ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin istədiyi vaxt başa çatacağını bildirib.
Milli.Az xəbər verir ki, o, bu barədə Texasda keçirilən mitinqdə çıxışı zamanı danışıb.
Tramp qeyd edib ki, ondan İranla müharibənin nə vaxt bitəcəyi barədə dəfələrlə soruşublar.
"İnsanlar məndən əvvəl də soruşublar: "İranla müharibə nə vaxt bitəcək?" Mən də "istədiyim zaman bitəcək" demişəm", - deyə ABŞ prezidenti bildirib.
Bundan bir gün əvvəl Tramp iki ölkə arasında münaqişənin başlanmasına görə İranı məsul tutmuşdu.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)