Xaçmazda avtomobil piyadanı vurub öldürdü

28 Oktyabr 2026 10:34

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)