İspaniya Kral Futbol Federasiyası "Barselona" klubuna qarşı intizam tədbiri görüb.
Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletiko"nun (Madrid) hücumçusu Xulian Alvareslə bağlı aparılan araşdırmanın nəticəsində 602 avro məbləğində cərimə ödəməli olacaq.
Hadisə ilə bağlı şikayəti bu yay Madrid klubu edib. "Atletiko" rəhbərliyi "Barselona"nın futbolçu ilə əvvəlcədən yazılı məlumat vermədən əlaqə saxladığını və danışıqlar apardığını iddia edərək məsələni həm İspaniya Kral Futbol Federasiyasına, həm də FIFA-ya çatdırıb.
Müraciətdən sonra intizam araşdırması başladılıb. Yoxlamanın yekununda pozuntu yüngül hesab olunsa da, "Barselona" İntizam Məcəlləsinin 133-cü maddəsinə uyğun olaraq mümkün olan ən yüksək məbləğdə - 602 avro cərimə edilib.
Qeyd edək ki, "Atletiko"nun şikayəti "Barselona" üçün ilk belə hal deyil. Kataloniyalılar 2019-cu ildə Antuan Qrizmannla bağlı aparılan danışıqlara görə də cərimələnmişdi. Həmin vaxt klub 300 avro ödəməli olmuşdu.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)