Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib.
Akif Beybutov 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. 2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.
2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)