Türkiyəli aktyor Kıvanç Tatlıtuğun "Organize İşler: Karun Hazinesi" serialındakı görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, ekran işində aktyorun qarnının nəzərəçarpacaq dərəcədə böyüməsi bəzi izləyicilərdə bunun süni intellekt vasitəsilə yaradıldığı şübhəsini doğurub. Lakin sonradan görüntülərin rəqəmsal müdaxilənin nəticəsi olmadığı üzə çıxıb.
Məlum olub ki, Kıvanç Tatlıtuğ çəkilişlər zamanı qarnını özü şişirdərək obrazına uyğun görünüş yaradıb. Beləliklə, aktyorun bu üsulu ilə bağlı təfərrüatlar maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)