Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)

31 Oktyabr 2026 02:02

Türkiyədə ər-arvadın ayrılıqlarını qeyri-adi şəkildə qeyd etməsi sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, cütlük təşkil etdikləri tədbirdə səhnəyə çıxaraq evliliklərinə son qoyduqlarını elan edib. Həmin anların videoya çəkilərək paylaşılması istifadəçilər arasında müxtəlif fikirlərin bildirilməsinə səbəb olub.

Bəzi sosial şəbəkə istifadəçiləri bu mərasimin həqiqi boşanma ilə bağlı olmadığını, sadəcə əyləncə məqsədilə təşkil edildiyini irəli sürüblər. Cütlüyün bu addımı internetdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)