Türkiyənin məşhur "Survivor" yarışma proqramındakı iştirakı ilə tanınan Nagihan Karaderenin son görünüşü diqqət çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nagihan üz və boyun gərmə əməliyyatından sonrakı görünüşünü izləyiciləri ilə paylaşıb.
Əməliyyatdan dörd gün keçdiyini qeyd edən Karadere üzündəki şişkinlik və ödəmin müvəqqəti olduğunu bildirib.
Daha əvvəl verdiyi açıqlamada Karadere boyun və üzün aşağı hissəsinin gərilməsi əməliyyatı keçirdiyini açıqlayıb və bərpa prosesi başa çatdıqdan sonra "Barbie" kimi görünəcəyini demişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)