Yardımlıda qaz olmayacaq

28 Oktyabr 2026 00:19

Aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)