Sağlam qidalanmanın əsasını təşkil edən sızma zeytun yağının (extra virgin olive oil) saxlanma şəraiti onun qida dəyərinə birbaşa təsir edir. Mətbəxdə rahatlıq üçün yağı masanın üstündə, xüsusilə qazanın (ocağın) yanında saxlanması istilik, işıq və oksigen təsiri ilə onun sürətlə xarab olmasına gətirib çıxarır.
Milli.Az xəbər verir ki, zeytun yağına iltihabəleyhinə və ürək-damar sistemini qoruyan xüsusiyyətlər verən polifenollar (oleokantal və hidroksitirozol) yüksək temperatur və gün işığı qarşısında parçalanır.
Düzgün saxlanılan yağda kiloqramda 349 mq fenol olduğu halda, istilik və oksidasiyaya məruz qalan yağda bu göstərici 118 mq-a kimi düşür. Yəni faydalı maddələrin 2/3 hissəsi yox olur. Yağ zərərli olmasa da, adi bir xörək yağına çevrilir.
Düzgün saxlanma və istifadə qaydaları:
Şəffaf şüşə yerinə işıq keçirməyən tünd rəngli şüşə və ya təkə qablardan (tənəkə) istifadə edilməlidir.
Qazan, sobaya yaxın yerlərdən və pəncərə önündən uzaq, bağlı şkafda saxlanmalıdır.
Havanı kəsmək üçün hər istifadədən sonra qapağı bərk bağlanmalıdır.
Polifenollardan maksimum faydalanmaq üçün zeytun yağını bişirməkdən başqa, xüsusilə soyuq və çiy (salatlara, yeməklərin üzərinə) istifadə etmək tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)