Saatlarla ocaqda qaynamasına baxmayaraq lif-lif ayrılmayan və rezin kimi bərk qalan ət mətbəxdə problem olmaqdan çıxır. Usta aşpazların qazana əlavə etdiyi təbii ərzaq, hətta təzyiqli qazana (düdüklü) ehtiyac qalmadan ətin toxumasını tamamilə yumşaldır.
Milli.Az xəbər verir ki, bulyon qaynamağa başlayanda suya əlavə edilən 1 çay qaşığı alma sirkəsi və ya çay sodası (karbonat) suyun pH balansını dəyişir. Yüksək turşu və ya qələvi mühiti ətin bərk kollagen bağlarını və zülal zəncirlərini sürətlə parçalayaraq istiliyin ətin dərininə nüfuz etməsini təmin edir.
Qaynama zamanı buxarlanan sirkə geridə heç bir turş dad və ya qoxu saxlamır. Soda isə ətin şirəsini daxilində saxlayaraq bişmə müddətini yarıbayarı azaldır.
Mütəxəssislər xəbərdarlıq edir ki, duzu bişmənin əvvəlində vurmaq ətin şirəsini çölə çıxarır və liflərini daha da bərkidir. Ən mükəmməl nəticə üçün sirkəni (və ya sodanı) bişmənin əvvəlində, duzu isə ət tam yumşaldıqdan sonra, ocaqdan götürməyə 10 dəqiqə qalmış əlavə etmək lazımdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)