Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)

28 Oktyabr 2026 02:02

Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir.

Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır.

İddialara münasibət bildirən istirahət məkanının administratoru Həsən Məmmədov sakinlərin rahatlığını təmin etmək və səs-küyü minimuma endirmək məqsədilə generator dəstinin ətrafına akustik panellər və səsboğucu materiallar quraşdıracağını vəd etdi.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)