“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu

28 Oktyabr 2026 03:03

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Xalq artisti Röya Ayxanın onun məşhurlaşmasında böyük rol oynadığın deyib.

Milli.Az xəbər verir ki, musiqiçi bu barədə sosial şəbəkədəki paylaşımında bildirib. Hüseyn müğənni ilə eyni yaşda olmasına baxmayaraq, onun uğurunda Röyanın xüsusi rolu olduğunu qeyd edib:

"Eyni yaşda olmağımıza baxmayaraq, uğurumun 90 faizi Röya Ayxanla bağlıdır. Onunla birlikdə ifa etdiyimiz "Ayrılıq" mahnısı ilə məşhur oldum. Hətta mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin verilişinə də birlikdə çıxmışdıq. Bunları unutmaq olmaz. Nə olsun ki, eyni yaşdayıq?". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)