Qəzada xəsarət alan gənc öldü - (Foto)

27 Oktyabr 2026 20:19

Ötən gün Nefçala rayonunda ağır yol qəzasında xəsarət alan gənc ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli müalicə aldığı rayon xəstəxanasında bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)