2025-ci ildə Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən qız və oğlan adları məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Təqdim olunan statistikaya əsasən, qız uşaqları arasında Melisa, Zeynəb və Məryəm, oğlan uşaqları arasında isə Uğur, Raul və Hüseyn adları daha çox seçilib.
Qız adları arasında ilk onluqda, həmçinin Zəhra, Nilay, Aylin, Ayla, Alisa, İnci və Fatimə yer alıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)