Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti kritik ağır olaraq qalır.
Milli.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, onun Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Zaur Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmiş, bir müddət sonra evə buraxılmışdı.
Qeyd edək ki, oktyabrın 14-də vəziyyəti yenidən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)