Yevlaxda yol qəzasında iki nəfər öldü

27 Oktyabr 2026 15:28

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində xəsarət alan iki nəfər saat 13:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.
Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.