Toy mərasimində lentə alınan maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan videoda gəlinin bəyi ilk dəfə məhz toy günü gördüyü iddia edilir. Gəlinin qarşısındakı şəxsə baxarkən narazı təsir bağışlayan üz ifadəsi isə izləyicilərin diqqətini çəkib.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub. Bununla belə, gəlinin bəyi həqiqətən ilk dəfə toyda görüb-görmədiyi və onun reaksiyasının səbəbi barədə dəqiq məlumat yoxdur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)