Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)

27 Oktyabr 2026 15:05

Türkiyənin Çorum şəhərində yeni qadın alt paltarı mağazasının fəaliyyətə başlaması ilə bağlı keçirilən mərasim sosial şəbəkələrdə mübahisələrə yol açıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağazanın açılışında dini dualar oxunub. Tədbirə bələdiyyə sədri, siyasi partiyaların təmsilçiləri və rayondakı bir sıra ictimai qurumların rəhbərləri qatılıblar. Açılış lentini isə Alaca Bələdiyyəsinin sədri kəsib.

Mərasimdən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilərin bir qismi alt geyim mağazasının açılışında dini ayinlərə yer verilməsini tənqid edib və bu addımın uyğunluğunu sual altına alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)