Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan musiqisinin, xüsusilə muğam sənətinin ABŞ-da təbliğinə töhfələr verən Cefri Verbokunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdarartist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfədoktoru Sahib Paşazadə çıxış edərək yubilyarı təbrik edib, onunAzərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılmasıistiqamətindəki fəaliyyətindən söz açıb.
Sahib Paşazadə çıxışında Cefri Verbokunun Azərbaycanmuğamını uzaq Amerikada böyük sevgi və sədaqətlə təbliğetdiyini, xalqımızın zəngin musiqi irsinin dünya ictimaiyyətinəçatdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. O qeydedib ki, Cefrinin milli musiqimizə, xüsusilə muğam sənətinəbəslədiyi dərin sevgi, tar, kamança və digər milli musiqialətlərimizə göstərdiyi ehtiram, eləcə də muğamın beynəlxalqmiqyasda tanıdılması istiqamətindəki fəaliyyəti xüsusi rəğbətəlayiqdir.
BMM-nın direktoru Sahib Paşazadə, həmçinin CefriVerbokunun Azərbaycan musiqisinə olan sevgisindən söz açaraqUlu öndər Heydər Əliyevlə görüşünü onun Azərbaycanmədəniyyəti ilə əlaqələrinin əlamətdar məqamı kimidəyərləndirib. O, Amerika Muğam Cəmiyyətinin prezidenti kimiCefrinin uzun illər ərzində həyata keçirdiyi fəaliyyətin muğamsənətinin zənginliyinin və bənzərsizliyinin beynəlxalqictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışının sonunda Sahib Paşazadə yubilyara gələcəkfəaliyyətində uğurlar arzulayıb, Azərbaycan musiqisinə olansevgisinin daim yaşamasını, muğamlarımızın sədalarınındünyanın müxtəlif guşələrində eşidilməsinə bundan sonra da töhfələr verməsini diləyib. Daha sonra o, Cefri Verboka yubileyimünasibətilə təbrik məktubu təqdim edib.
Tədbir çərçivəsində Cefri Verbokun müəllifi olduğu "Şuşa, sevgilim" sənədli filmi nümayiş etdirilib. Film Qarabağın musiqiyaddaşına, milli-mənəvi dəyərlərinə və sənətkarlarımızın əziz xatirəsinə duyulan hörmətin ifadəsi kimi diqqət çəkib. Ardınca Cefri Verbokunun ifaları dinləyicilərə təqdim edilib.
Musiqi proqramından sonra yubilyar tədbir iştirakçılarının suallarınıcavablandırıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az