Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi

27 Oktyabr 2026 14:41

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin səhhətində problem yaranıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, müğənni İzzət Bağırov Hacı Surxay Məmmədliyə baş çəkib.

O, din xadimin Abşeron Sağlamlıq Mərkəzində müalicə aldığını bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)