Ermənistan parlamentinin iclasında insident - (Video)

27 Oktyabr 2026 14:19

Ermənistan Milli Assambleyasının iclasında insident baş verib. Müxalif deputat Edqar Kazaryan parlamentin spikeri Ruben Rubinyanı tənqid etdikdən sonra təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə parlamentin bugünkü iclası zamanı Kazaryanın çıxışı zamanı baş verib. O, çıxışında spikeri tənqid edib.

Ruben Rubinyan deputatdan bir neçə dəfə gündəlikdəki məsələlərlə bağlı danışmasını xahiş etsə də, Kazaryan bu tələblərə əməl etməyib. Bundan sonra spiker onun mikrofonunun söndürülməsini tələb edib.

Bir qədər sonra müxalif deputat tribunadan uzaqlaşdırılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)