Aparıcı Zaur Baxşəliyev ailəsi ilə birlikdə Zəngilana səfər edib.
Milli.Az-ın məlumatına görə, onun bölgədə çəkilən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Aparıcının diqqət çəkən anları yerli ağsaqqallardan biri ilə rəqs edərkən yaşanıb. Zaur ayaqqabılarını çıxararaq onunla ayaqyalın rəqs edib.
Səmimi anları əks etdirən video izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə marağa səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)