Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq - (Video)

27 Oktyabr 2026 11:18

Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq.

Bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib ki, xüsusilə bağlantılar baxımından həmin məsələ ən mühüm beynəlxalq gündəlik məsələlərdən birinə çevrilir. Əgər xəritəyə nəzər salsaq, Azərbaycandan yan keçmək çətindir.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)