Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə

27 Oktyabr 2026 10:45

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi "Azərsu" ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 3 milyon manat mənimsəmədə ittiham olunur. 

Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər "polisin nəzarətinə vermə" qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)