Türkiyəli müğənni Demet Akalın evlilik həyatına dair açıqlaması ilə gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı həyat yoldaşı Okan Kurtla yatmaq vərdişləri barədə danışaraq diqqət çəkən etiraf edib.
2012-ci ildə ailə quran cütlüyün bir müddətdir gecələri ayrı keçirdiyi məlum olub. Demet Akalın sosial şəbəkədə ər-arvadın eyni yataqda yatması ilə bağlı müzakirəyə qoşularaq bu vərdişlərinin pandemiya dövründən başladığını bildirib.
"Pandemiyadan bəri ayrı yatırıq. Bəli, yuxu vacibdir", - deyə müğənni yazıb.
Akalının bu sözləri Türkiyə maqazin mediasında maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)