Boşanan Nara bu dəfə aktrisalığı ilə gündəmdə – Səhnələri müzakirə yaratdı - (Fotolar)

27 Oktyabr 2026 10:15

Mauro İkardi ilə münasibəti sayəsində Türkiyədə də geniş tanınan Vanda Nara bu dəfə kino layihəsi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı model və televiziya siması "Sən mənim oğlum olacaqsan?" adlı romantik komediyada rol alıb. Onun filmdəki görüntüləri, xüsusilə cəsarətli səhnələri tamaşaçıların və medianın marağına səbəb olub.

Uzun müddət Mauro İkardi ilə şəxsi həyatı ətrafında yaranan müzakirələrlə gündəmə gələn Vanda Nara indi özünü aktrisa kimi sınayır. Yeni ekran işi onun karyerasında fərqli istiqamətə yönəldiyini göstərir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)