“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib

27 Oktyabr 2026 00:34

"Qalatasaray" futbol klubu Türkiyə Superliqasının doqquzuncu turu çərçivəsində doğma meydanda "Fənərbağça"ya 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az xəbər verir ki, qalib komandanın heyətində Viktor Osimhen iki dəfə fərqlənib (29-cu və 44-cü dəqiqələr).

"Fənərbağça"nın yeganə qolunu isə İrfan Kahveci vurub (62-ci dəqiqə).

"Qalatasaray" 22 xalla Türkiyə çempionatının turnir cədvəlinə başçılıq edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)