"Bugs Bunny" və "Daffy Duck" personajlarını səsləndirməsi ilə tanınan, "Emmy" mükafatı laureatı kanadalı səs aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu haqda onun ailəsi açıqlama yayıb.
Məlumata görə, Bauza hipertonik ürək-damar xəstəliyi səbəbindən dünyasını dəyişib.
"Looney Tunes" heyətinin müasir dövrdəki səslərindən biri olan Bauza "Porky Pig", "Tweety" və "Road Runner" kimi personajları da səsləndirib. Karyerası ərzində o, 400-dən çox layihədə iştirak edib və gördüyü işlərə görə üç "Emmy" mükafatına layiq görülüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)