Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)

27 Oktyabr 2026 03:03

Türkiyənin Ankara bölgəsinin Çubuq rayonunda yaşayan 4 uşaq anası Hülya Elma aldadılaraq ailəsinin bütün yığımlarını itirsə də, təslim olmayıb. Mətbəx xərci üçün ayırdığı pula 1 kq qiymə və 5 kq un alaraq evdə xəngəl (mantı) bükməyə başlayan qadın bu gün 40-dan çox qadının çalışdığı böyük bir müəssisənin sahibidir.

Milli.Az xəbər verir ki, aldadıldıqdan sonra evdə anasının köməyi ilə mantı hazırlayan Hülya Elma qazandığı ilk pulla yenidən xammal alaraq işini böyüdüb. Daha sonra xəmir yoğuran və yayan maşınlar alaraq öz müəssisəsini açıb.

Mantı ilə başlayan menyuya dolma, kökə, börək, paxlava və digər milli təamlar əlavə olunub. Hazırda müəssisədə 40-dan çox qadın çalışır.

Ankara və Türkiyənin müxtəlif vilayətləri ilə yanaşı, xüsusilə türklərin sıx yaşadığı Almaniya və Fransa kimi ölkələrdən də sifarişlər alınır. Əriştə, tarhana və uygun şəraitdə hazırlanan homaça kimi milli təamlar xaricdəki müştərilərə poçtla çatdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)