ABŞ-də yaşayan Tatjana Brito bit bazarından cəmi 1.5 dollara aldığı köhnə bəzəkli çərçivənin arxasındakı kiçik möhürü görəndə həyatının sürprizi ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, Brito dekorativ məqsədlə aldığı çərçivəni maşınına mindikdən sonra günəş işığına tutarkən onun petlə hissəsindəki solğun möhürü görüb.
Əşyanı zərgər və antikvar mütəxəssisinə göstərən Britoya çərçivənin sarı örtük deyil, yüksək əyarda qızıldan hazırlandığı və əl işi olduğu bildirilib.
Çərçivəyə təxminən 7 min dollar dəyər qoyulub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)