"Yeşilçam"ın məşhur aktrisalarından biri, 1981-ci il Türkiyə gözəli və "Çalıkuşu" serialındakı Feride obrazı ilə yadda qalan 63 yaşlı Aydan Şener gənclik və gözəllik sirrini açıqlayıb.
Milli.Az xəbər verir ki, əməliyyat olunub-olunmaması ilə bağlı suala cavab verən aktrisa bildirib: "Estetikim yoxdur, amma bəlkə gələcəkdə etdirə bilərəm. Hazırda kiçik toxunuşlarla kifayətlənirəm."
Aydan Şener gənc görünüşünü qidalanmasına diqqət yetirməyə, müntəzəm piyada gəzməyə və dəri qulluğuna ciddi fikir verməsinə borclu olduğunu vurğulayıb.
1981-ci ildə Türkiyə Gözəli seçilən və "Miss World" yarışmasında ölkəsini təmsil edən Şener 1986-cı ildə çəkilən "Çalıkuşu" serialındakı Feride rolundan sonra geniş məşhurluq qazanıb. O, hazırda Sarıyerdə sakit bir həyat sürür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)