Məhsul bol, alıcı yox. Qiymət bahalaşdığından balıq bazarında alıcı qıtlığı yaşanır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar bildirir ki, həftə sonları alıcı bol olub. İndi isə işlər zəifləyib.
Ümumiyyətlə isə hazırda bazarda bəzi balıqların qiymətində artım var. Buna səbəb isə xaricdən idxalın olmamasıdır.
İdxal həcminin azalması bazarda təklifə təsir göstərir. Nəticədə, əvvəllər daha münasib qiymətə satılan bəzi balıq növləri alıcılar üçün əlçatmaz olmağa başlayıb.
Bəs hazırda balıq bazarında hansı növlər satılır, qiymətlər nə qədərdir və alıcılar seçim edərkən daha çox nəyə üstünlük verirlər?
Alıcıların isə hazırda bazardakı vəziyyətə münasibətləri birmənalı deyil.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)