Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib

26 Oktyabr 2026 22:48

Türkiyə Super Liqasında IX turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, "Trabzonspor" səfərdə "Rizəspor"la qarşılaşıb.

Yeddi qolun vurulduğu matçda qonaqlar 4:3 hesablı qələbə qazanıb.

"Beşiktaş" isə doğma meydanda "Başakşəhər"i qəbul edib. "Qara qartallar" rəqibini iki cavabsız qolla məğlub edib - 2:0.

Qeyd edək ki, tura "Qalatasaray" - "Fənərbaxça" matçı ilə yekun vurulacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)