Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

26 Oktyabr 2026 16:51

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib.

Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasında Jülide Kural haqqında iddialar səsləndirib. O, dayısının ölümündən cəmi bir həftə sonra Kuralın Bodruma istirahətə getdiyini bildirib.

Levent İnanırın sözlərinə görə, Kadir İnanır ata-baba torpaqlarının bölüşdürülməsi məsələsində ona etibarnamə də verib. O, həmçinin Jülide Kuralın aktyorun yaxın çevrəsi ilə münasibətlərinin korlanmasına səbəb olduğunu iddia edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)